Avropa çempionatında oynamış qapıçı 37 yaşında dünyasını dəyişdi
İslandiya milli komandasının sabiq qapıçısı İnqvar Yonsson dünyasını dəyişib.
"Mediasport" xəbər verir ki, 37 yaşlı qolkiper onkoloji xəstəlikdən vəfat edib.
2016-cı il Avropa çempionatının iştirakçısı ölkəsində “Styarnan” və “Vikinqur”la çempionluq qazanıb.
O, yığmada 8 oyun keçirib. Son klubu "Vikinqur" olub.

