Avropa Çempionatı: Azərbaycan millisi 1/4 finala vəsiqə qazandı
Minifutbol üzrə Azərbaycan millisi Skovakiyada keçirilən Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb.
"Mediasport" xəbər verir ki, yığmamız bunu Qazaxıstanı məğlub edərək bacarıb (3:2).
Komandamızın növbəti raundda rəqibi Çexiya millisi olacaq.
Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransa (3:2) üzərində qələbə qazanıb.


