Azərbaycan yığması Millətlər Liqası turnirinin qalibi oldu
Minifutbol üzrə Azərbaycan millisi Monteneqroda keçirilən Millətlər Liqası turnirini uğurla başa vurub.
"Mediasport" xəbər verir ki, komanda Qazaxıstan və Monteneqro kollektivlərinin iştirakı ilə keçirilən yarışın qalibi olub.
Yığmamızın heyətində Vəli Qafarov turnirin ən yaxşı qapıçısı, İsa Atayev isə ən məhsuldar futbolçusu seçilib.


