Millətlər Liqası: Azərbaycan yığması Ukrayna ilə heç-heçə etdi

Slovakiyanın Koşiçe şəhərində minifutbol üzrə Millətlər Liqası start götürüb.
"Mediasport" xəbər verir ki, Azərbaycan yığması ilk oyununu Ukrayna futbolçularına qarşı keçirib.
Hesabda 2:0 önə keçən millimiz üstünlüyü sonadək saxlaya bilməyib - 2:2.
Elşad Quliyevin baş məşqçisi olduğu komandamız növbəti qarşılaşmada Slovakiya ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtilə saat 23:15-də başlanacaq.