"Xəzər Lənkəran"ın yetirməsi 11 il sonra Premyer Liqada qol vurdu
“Şəfa”nın futbolçu Elnur Cəfərov 11 ildən sonra Azərbaycan Premyer Liqasında qol vurub.
“Mediasport” xəbər verir ki, yarımmüdafiəçi “Şamaxı” ilə səfər oyununun 5-ci dəqiqəsində baxımlı zərbə ilə hesabı açmağa nail olub.
Tarixə qovuşmuş "Xəzər Lənkəran"ın yetirməsi sonuncu dəfə cənub klubunun heyətində - 2015/2016-cı illər mövsümündə “Rəvan”ın qapısına yol tapmışdı.

