Azərbaycana gələn afrikalıya "Qarabağ" da təklif göndəribmiş
"Ayden Makkarti başqalarının nə danışdığını diqqətə almayaraq, düzgün çempionata getdi. Azərbaycan liqası inkişaf edir. Braziliya və Portuqaliyadan oyunçular transferlər edirlər".
"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın sabiq forvardı Dino Ndlovu "Soccer Laduma"ya açıqlamasında deyib.
O, Cənubi Afrika Respublikasından olan Ayden Makkartinin Azərbaycan çempionu "Sabah"a transferi barədə danışıb:
"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində iştirak etmək kimi zəngin tarixi var və bu, onu istənilən afrikalı oyunçu üçün nüfuzlu bir məkana çevirir. Bilmirəm, bilirsinizmi, amma "Qarabağ" da Makkarti ilə müqavilə imzalamaq istəyirdi, Ayden isə "Sabah"ı seçdi.
Deyə bilmərəm ki, Ayden səhv seçim edib. Bu, onun qərarıdır və mən ona uğurlar arzulayıram. "Qarabağ"la rəqabət asan deyil, amma Makkarti üçün yaxşı bir sınaqdır".
Xatırladaq ki, 2025/2026 sezonunda Azərbaycan Premyer Liqasının qalibi olan "bayquşlar" növbəti mövsüm ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək.


