"Sabah"ın futbolçusu qeyri-etik hərəkətə görə 3 oyunluq cəza aldı

AFFA İntizam Komitəsi Əvəzedicilər Liqasında çıxış edən iki klubun futbolçuları haqda diskvalifikasiya qərarı çıxarıb.
"Mediasport" xəbər verir ki, buna futbolçuların qeyri-etik davranışları səbəb olub.
31-ci turun “Sabah-2” - “Səbail-2” matçı bitdikdən sonra meydan sahibi komandanın futbolçusu Əli Abbasov rəqibin ünvanına qıcıqlandırıcı və qeyri-etik hərəkət etdiyinə görə 2 oyun şərti olmaqla 3 oyun cəzalanıb, klub 200 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.
“Səbail-2”nin futbolçusu Bəhram Köçərli isə hakimləri təhqir etdiyinə görə 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. Futbolçusunun hərəkətinə görə “Səbail-2” 300 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.
Həmçinin “Sabah-2” Əsasnamənin tələbini pozduğuna görə daha 50 manat cərimələnib.