Muradın komandası "Atalanta"ya qarşı, Zamiq Əliyev üçün ev sınağı

Muradın komandası "Atalanta"ya qarşı, Zamiq Əliyev üçün ev sınağı

Bu gün UEFA Konfrans Liqasında Liqa mərhələsi start götürəcək.

"Mediasport" xəbər verir ki, 1-ci tur çərçivəsində 18 matç keçiriləcək.

Azərbaycanlı futbolçulardan Zamiq Əliyevin formasını geyindiyi Albaniyanın "Eqnatiya" komandası doğma meydanda oynayacaq.

Murad Məmmədovun heyətində olduğu Kiprin "Pafos" kollektivi isə çətin İtaliya səfərində "Atalanta" ilə qarşılaşacaq.

Türkiyənin yarışda təmsilçisi "Trabzonspor" Finlandiyada meydana çıxacaq.


UEFA Konfrans Liqası. Liqa mərhələsi. 1-ci tur


20:45. "Gent" (Belçika) – "Orhus" (Danimarka)

20:45. "Panatinaikos" (Yunanıstan) – "Borats" (Bosniya və Herseqovina)

20:45. "Luqano" (İsveçrə) – "Srvena Zvezda" (Serbiya)

20:45. "KuPS" (Finlandiya) – "Trabzonspor" (Türkiyə)

20:45. "Universitatya" Krayova (Rumıniya) – "Xetafe" (İspaniya)

20:45. "Riqa" (Latviya) – "Kayrat" (Qazaxıstan)

20:45. "Hayduk" (Xorvatiya) – "Ayaks" (Niderland)

20:45. ÇSKA (Bolqarıstan) – "Monako" (Fransa)

20:45. "Myallbü" (İsveç) – "İnter" Eskaldes (Andorra)

20:45. "Eqnatiya" (Albaniya) – "Midtyullann" (Danimarka)

23:00. "Atalanta" (İtaliya) – "Pafos" (Kipr)

23:00. "Frayburq" (Almaniya) – "Yablonets" (Çexiya)

23:00. "Kopenhagen" (Danimarka) – "Braqa" (Portuqaliya)

23:00. "Brayton" (İngiltərə) – "Jalqiris" (Litva)

23:00. "Tvente" (Niderland) – "Tun" (İsveçrə)

23:00. "Sent-Trüyden" (Belçika) – "İberiya" (Gürcüstan)

23:00. "Brann" (Norveç) – "Linkoln" (Cəbəllütariq)

23:00. "Harts" (Şotlandiya) – "Norşellann" (Danimarka)