"Sabah" Avroliqada "Benfika" ilə qarşılaşa bilər - PÜŞK ATILDI
UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
"Mediasport" xəbər verir ki, tədbirdə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Orhus” (Danimarka) - “Sabah” (Azərbaycan) cütünün məğlubunun da rəqibi məlum olub.
Təmsilçimiz ÇL-də yoluna davam edə bilməsə, Avroliqanın pley-off raundunda “Benfika” (Portuqaliya) – “Harts” (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
İlk oyunlar avqustun 20-də, cavab görüşləri avqustun 27-də keçiriləcək.


