Çempionatda 3-cü olan Asiya klubu azərbaycanlı futbolçuları yola saldı

Çempionatda 3-cü olan Asiya klubu azərbaycanlı futbolçuları yola saldı

Qırğızıstanın “Abdış-Ata” klubu bir neçə futbolçu ilə yollarını ayırıb.

"Mediasport" xəbər verir ki, yola salınanlar arasında iki azərbaycanlı da yer alıb.

Kant təmsilçisi hücumçu və yarımmüdafiəçi ilə əməkdaşlığı davam etdirməkdə maraqlı olmayıb.

Hər iki oyunçu komandaya 4 ay əvvəl keçmişdi.

Abbasov altı oyuna 1 qol, Muradov isə 14 oyuna 4 məhsuldar ötürmə ilə yadda qalıb. Qeyd edək ki, "Abış-Ata" yeni başa çatan mövsümü 3-cü sırada tamamlayıb.