"Qarabağ"ın sabiq məşqçisi "İmişli" ilə müqavilə bağladı

"Qarabağ"ın sabiq məşqçisi "İmişli" ilə müqavilə bağladı

"İmişli" 3 təyinat təyinat baş tutub.

"Mediasport" xəbər verir ki, gənc futbolçuların inkişafına yönəlmiş fəaliyyətlərin gücləndirilməsi məqsədilə Rövşən Babayev klubun Gənclərin İnkişaf Proqramının rəhbəri vəzifəsinə təyin olunub.

O, karyerası ərzində "Sabah", "Simurq", "İnter", "Sumqayıt", "Xəzər" və digər klublarda fəaliyyət göstərib.

Vüqar Əsgərli klubun U-19 komandasının baş məşqçisi vəzifəsini icra edəcək.

UEFA Pro lisenziyasına malik olan Əsgərli müxtəlif dövrlərdə "Qarabağ"ın U-15, U-17 və U-19 komandalarına rəhbərlik edib.

O, "Şamaxı"nın baş məşqçisi kimi çalışıb.

Mütəxəssis Azərbaycanın U-19 qadınlardan ibarət milli komandasının da baş məşqçisi olub.

Ruhid Usubov isə klubun əvəzedici komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.