"Qəbələ" yoxlama oyununda "Araz-Naxçıvan"ı tək qolla məğlub etdi
Qış təlim-məşq toplanışlarını davam etdirən "Qəbələ" və "Araz-Naxçıvan" yoxlama oyunu keçiriblər.
"Mediasport" xəbər verir ki. matç Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutub.
Görüş şimallıların minimal hesablı qələbəsilə yekunlaşıb. Yeganə qolu ilk hissədə Prins Ovusu vurub.
Xatırladaq ki, Qəbələ təmsilçisi daha əvvəl yoxlama görüşündə "Kəpəz"ə (3:1), "Araz-Naxçıvan" isə əvəzedici komandaya qalib (7:0) gəlib.
