Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları yekunlaşdı

 Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları yekunlaşdı

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.

"Mediasport" xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.

Türkiyə təmsilçisi "Fənərbağça" İstanbulda "Benfika", Qazaxıstanın "Kayrat" klubu isə Şotlandiyada "Seltik"lə bərabərə qalıb.

Xatırladaq ki, qitənin ən nüfuzlu klub turnirində pley-off raundunun matçlarına dünən start verilib.

Yarışdakı yeganə təmsilçimiz "Qarabağ" səfərdə "Ferensvaroş"u 3:1 hesabı ilə üstələyib.

Cavab qarşılaşmaları avqustun 26-27-də keçiriləcək.


UEFA Çempionlar Liqası. Pley-off mərhələsi. İlk oyunlar


"Budö Qlimt" (Norveç) - "Şturm Qrats" (Avstriya) 5:0

"Seltik" (Şotlandiya) - "Kayrat" (Qazaxıstan) 0:0

"Bazel" (İsveçrə) - "Kopenhagen" (Danimarka) 1:1

"Fənərbağça" (Türkiyə) - "Benfika" (Portuqaliya) 0:0