"Qarabağ" İtaliyada keçirilən turnirdə 4-cü yeri tutdu - VİDEO

"Qarabağ" İtaliyada keçirilən turnirdə 4-cü yeri tutdu - VİDEO

"Qarabağ"ın U-14 komandası İtaliyada təşkil olunan 9-cu "Fabio Zuccheri Cup" beynəlxalq turnirində iştirak edib.

"Mediasport" xəbər verir ki, təmsilçimiz 12 komandanın mübarizə apardığı yarışda 4-cü yeri tutub.

B qrupunda yer alan ağdamlılar qrup mərhələsində İtaliyanın "Bolonya", "Karlin Muzane" və Xorvatiyanın "Hayduk" klubları ilə qarşılaşıblar.

"Fabio Zuccheri Cup" turniri

Qrup mərhələsi

"Qarabağ" - "Karlin Muzane" 3:0

"Qarabağ" - "Bolonya" 0:0

"Qarabağ" - "Hayduk" 1:0

Yarımfinal

"Qarabağ" - "Jrinski" 1:2

3-cü yer uğrunda oyun

"Qarabağ" - "Bolonya" 0:0 (penaltilər - 3:5)