Azərbaycanlı idmançılar Türkiyədə 16 qızıl, 7 gümüş medal qazandılar

  Azərbaycanlı idmançılar Türkiyədə 16 qızıl, 7 gümüş medal qazandılar

Türkiyənin Qars şəhərində kikboks turniri keçirilib. 

"Mediasport" xəbər verir ki, Aninin şəhərinin fəthinə həsr olunmuş yarışa Türkiyə, Azərbaycan, İran, Gürcüstan, Əfqanıstan və Ermənistan olmaqla 6 ölkədən komandalar qatılıb.

Yarışda Azərbaycanı baş məşqçi Elvin Qoçəliyevin rəhbərliyi ilə 23 idmançı təmsil edib.

İdmançılarımızdan 16-sı kəmər döyüşlərində qalib gələrək qızıl medala layiq görülüb. Klubun daha 7 üzvü isə yarışı gümüş medalla tamamlayıb.

Nəsir Əliyev, Rüzgar İbrahimli, Mövlan Seyidov, Oğuz Cavadlı, Ülvü Əliyev, Qurban Kəngərli, İlham Şükürlü, Polad Həsənli, Həsən İsmayılov, Turan Həziyev, Emin Məmmədli, Ziya Məmmədzadə, Ələmdar Nəcəfov, Müşfiq Hüseynov, Adəm Cəfərov və Onur Qafarov kəmər döyüşlərinin qalibi olublar. 

Mərdan Nağılı, Əli Vəliyev, Eldar Namazov, Ağababa Həsənov, Yusif Qafarov, Əmir Məmmədov və Hüseyn Mehdizadə gümüş medala layiq görülüblər.