"Qarabağ"ın potensial rəqibləri 1 qolla kifayətləndi - Çempionlar Liqasında GECƏNİN NƏTİCƏLƏRİ

UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsində ilk tura yekun vurulub.
"Mediasport" xəbər verir ki, ikinci oyun günündə 4 matç keçirilib.
Mübarizəyə 2-ci təsnifatdan qoşulacaq Azərbaycan çempionu “Qarabağ”ın istirahət etdiyi turda potensial rəqibləri - “Şelburn” və “Linfild” İrlandiyada meydana çıxıblar.
Bu raundun cavab görüşləri iyulun 15-16-da keçiriləcək.
UEFA Çempionlar Liqası. 1-ci təsnifat mərhələsi. İlk oyunlar
“Jalgiris” (Litva) - “Hamrun Spartans” (Malta) 2:0
FKSB (Rumıniya) - “İnter” (Andorra) 3:1
“Ludoqorets” (Bolqarıstan) - “Dinamo” (Minsk, Belarus) 1:0
“Şelburn” (İrlandiya) - “Linfild” (Şimali İrlandiya) 1:0