"Əlimdən gələni edəcəyəm, matçdan sonra da ağlayacağam"

"Çox kədərliyəm. İndi yanımda olsaydı, "Məni düşünmə. Mətbuat konfransına və oyuna köklən" deyərdi".
"Mediasport" xəbər verir ki, bu sözləri "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo deyib.
Mütəxəssis UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Feyenoord"la oyunundan öncə keçirilən mətbuat konfransında "Portu"nun sabiq futbolçusu Jorje Koştanın vəfatı haqqında danışıb:
"Əlimdən gələni edəcəyəm, matçdan sonra da ağlayacağam".
Xatırladaq ki, Portuqaliya millisinin sabiq müdafiəçisi məşq zamanı ürək tutmasından vəfat edib.
Koşta futbolçu karyerası ərzində 1990-2005-ci illərdə "Portu"da forma geyinib, 324 oyuna çıxıb və 20 qol vurub.
Jorje bu komanda ilə 8 dəfə Portuqaliya çempionu olub, 5 dəfə ölkə kubokunu qazanıb.
O, 2003-cü ildə UEFA Kubokunun (indiki Avropa Liqası), 2004-cü ildə Çempionlar Liqasının qalibi olub.