FİFA hakimi 1-ci Liqaya göndərildi

FİFA hakimi 1-ci Liqaya göndərildi

Futbol üzrə Azərbaycan 1 Liqasında 8-ci turun oyun proqramı və hakim təyinatları açıqlanıb.

"Mediasport" xəbər verir ki, FİFA hakimi Kamal Umudlu Binə stadionunda iş başında olacaq.

Elita hakimi "Şahdağ Qusar"la "Gəncəbasar" komandaları arasında keçiriləcək mərkəzi matçı idarə edəcək.

"Xankəndi" - "Karvan Yevlax" qarşılaşması isə digər Premyer Liqa referisi Kamranbəy Rəhimova tapşırılıb.


Azərbaycan 1-ci Liqası. 8-ci tur


19 noyabr (cümə axşamı)

14:00. MOİK – "Səbail"

Hakimlər: Namiq Bəkirov, Safalı Ağayev, Məmmədəli Kərimov, Alik Yunusov

Binə qəsəbə stadionu


14:30. "Mingəçevir" – "Baku Sportinq"

Hakimlər: Ceyhun Hüseynov, Mirnihad Seyidov, Aydın Baxşiyev, Rövşən Rəcəbov

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)


16:00. "Xankəndi" – "Karvan-Yevlax"

Hakimlər: Kamranbəy Rəhimov, Sənan Atayev, Vüqar Bayramov, Nazim Abdullayev

Xankəndi şəhər stadionu


20 noyabr (cümə)

14:00. "Şahdağ Qusar" – "Gəncəbasar"

Hakimlər: Kamal Umudlu, Rəhman Aslanov, Asif Abdullayev, Maqsud Şamıyev

Binə qəsəbə stadionu

14:00. "Şimal" – "Zaqatala"

Hakimlər: İslam Məmmədov, Zakir Şükürzadə, Elman Kərimov, Mahmud Bağırzadə

Şamaxı OİK stadionu.