Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə 4 oyunla start verildi

Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə 4 oyunla start verildi

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunlarına start verilib.

"Mediasport" xəbər verir ki, ilk gündə dörd görüş baş tutub.

Azərbaycan çempionu "Qarabağ" Şimali Makedoniyada qələbə qazanıb. "Pafos" "Dinamo"nu, "Reyncers" "Viktoriya"nı məğlub edib.

Yalnız bir qarşılaşmada qapılara qol vurulmayıb.

Bu komandalar arasında baş tutacaq cavab qarşılaşmaları 12 avqustda keçiriləcək.

UEFA Çempionlar Liqası. 3-cü təsnifat mərhələsi. İlk oyunlar

"Malmö" (İsveç) - "Kopenhagen" (Danimarka) 0:0

"Dinamo" (Kiyev, Ukrayna) - "Pafos" (Kipr) 0:1

"Şkendiya" (Şimali Makedoniya) - "Qarabağ" (Azərbaycan) 0:1

"Reyncers" (Şotlandiya) - "Viktoriya" (Çexiya) 3:0