Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turu başlandı

Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turu başlandı

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turu start götürüb.

"Mediasport" xəbər verir ki, ilk oyun günündə 9 görüş keçirilib.

Yarışda təmsilçimiz "Qarabağ"ın rəqiblərindən "Napoli" və "Ayntraxt" İtaliyada qarşılaşıblar, "Liverpul" isə evdə Madrid "Real"ı ilə üz-üz gəlib.

Çexiyada baş tutmuş "Slaviya" - "Arsenal" matçını Əliyar Ağayevin rəhbərliyində azərbaycanlı hakimlər briqadası idarə edib.

Xatırladaq ki, Azərbaycan çempionu meydana bu gün çıxacaq.


UEFA Çempionlar Liqası. Liqa mərhələsi. 4-cü tur


"Napoli" (İtaliya) - "Ayntraxt" (Frankfurt, Almaniya) 0:0

"Slaviya" (Çexiya) -"Arsenal" (İngiltərə) 0:3

PSJ (Fransa) - "Bayern" (Almaniya) 1:2

"Liverpul" (İngiltərə) - "Real" (İspaniya) 1:0

"Atletiko" (İspaniya) - "Yunion" (Belçika) 3:1

"Yuventus" (İtaliya) - "Sportinq" (Portuqaliya) 1:1

"Tottenhem" (İngiltərə) - "Kopenhagen" (Danimarka) 4:0

"Olimpiakos" (Yunanıstan) - PSV (Niderland) 1:1

"Budö Qlimt" (Norveç) - "Monako" (Fransa) 0:1