Azərbaycan idmançıları Polşa və Serbiyada bürünc medal qazandı

 Azərbaycan idmançıları Polşa və Serbiyada bürünc medal qazandı

Azərbaycanın yeniyetmə qılıncoynadanı Abbas Hüseynov Polşanın Konin şəhərində keçirilən “Cadet Circuit” beynəlxalq turnirində uğurlu çıxış edib.

"Mediasport" xəbər verir ki, təmsilçimiz yarışda bürünc medal qazanıb.

O, əvvəlcə qrup mərhələsini 4 qələbə ilə başa vurub.

Sablyaçı pley-offda ardıcıl olaraq Böyük Britaniya, Fransa, Almaniya və Rumıniya idmançılarını də mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib.

Hüseynov finalın bir addımlığında fransalı Qael Bujra-Benauda 14:15 hesabı ilə məğlub olaraq turniri 3-cü pillədə tamamlayıb.

Yeniyetmə qılıncoynadanımız Mirnuray Abasova isə Serbiyanın Novi Sad şəhərində "European Cadet Circuit" beynəlxalq turnirində 140 qız şpaqaçı arasında üçüncü yeri tutaraq bürünc medal əldə edib.