Çempionu müəyyən edəcək son turun oyun cədvəli açıqlandı

Çempionu müəyyən edəcək son turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan 2-ci Liqasında sonuncu turun proqramı açıqlanıb.

"Mediasport" xəbər verir ki, 26-cı turun görüşləri iki günü əhatə edəcək.

Bütün qarşılaşmalar Peşəkar Futbol Liqasının I Liqa // II Liqa yutub kanalında canlı yayımlanacaq və saat 17:00-da start götürəcək.

Qeyd edək ki, əsas mübarizə çempionluğun taleyini müəyyənləşdirmək olacaq.

Həmçinin, liqadan düşən və pley-off oynayacaq komandaların adları bilinəvək.

Xatırladaq ki, son turun nəticələrindən asılı olmayaraq, "Şahdağ Qusar", "Şəfa" və "Şimal" 1-ci Liqaya vəsiqəni vaxtından əvvəl təmin ediblər.


Azərbaycan 2-ci Liqası. 26-cı tur


20 may (çərşənbə axşamı)

“Füzuli” – “Lerik”

Şamaxı OİK stadionu

“Kür-Araz” – “Ağdaş”

Heydər Əliyev adına İmişli şəhər stadionu

“Şimal” – “Göygöl”

Siyəzən şəhər stadionu


21 may (çərşənbə) 

“Şəmkir” – “Sheki City”

Şəmkir OİK stadionu

“Araz Saatlı” – “Hypers Guba”

Saatlı OİK stadionu

“Dinamo” – “Şahdağ Qusar”

Binə qəsəbə stadionu

“Qusar” – “Şəfa”

Neftçi Futbol Mərkəzi (IV meydança)