Azərbaycan çempionu baş məşqçisi ilə vidalaşdı - RƏSMİ
Futbol üzrə Azərbaycan 2-ci Liqa təmsilçisi “Xankəndi” klubunda yeni təyinat olub.
"Mediasport" xəbər verir ki, baş məşqçi İbrahim uzunca ilə yollar qarşılıqlı razılaşma əsasında ayrılıb.
Türkiyəli mütəxəssis bundan sonra klubun akademiyasında uşaq futbolu üzrə koordinator vəzifəsini icra edəcək.
Sabiq "Bakı"lı klubun uşaq futbolunun inkişafı və akademiya sisteminin formalaşdırılması istiqamətində fəaliyyət göstərəcək.
Qeyd edək ki, ötən mövsüm AFFA Region Liqasının qalibi olmuş “Xankəndi” çempionatda 14 turdan sonra "Qaradağ Lökbatan"la liderliyi bölüşür.
