Azərbaycan Yüksək Liqasında 10 komanda mübarizə aparacaq
Yeni mövsümdə futzal üzrə Azərbaycan Yüksək Liqasında iştirak edəcək komandalar müəyyənləşib.
"Mediasport" xəbər verir ki, elitada 10 komanda yarışacaq.
"Araz-Naxçıvan", "Yasamal Bakı", "Rəvan", "Atidel Ordubad", "Şuşa", "Marafon", "Xankəndi", "Baku Fire", "Neftçi İK", "İmişli" Yüksək Liqada, "Baku", "Ulduz", "İçərişəhər", "Star kargo", "Xan Lənkəran", "Timsport", "Baku Fire - 1", "Metropoliten", "Xəzər", "Neftçala" və "Finans" isə 1-ci Liqada mübarizə aparacaq.
Hər iki çempionatda 2+3 formatında legioner limiti tətbiq olunacaq.
Meydanda eyni vaxtda 3 legioner yer ala bilər. Bu gün yarışın püşkatma də mərasimi keçirilib.
Azərbaycan Yüksək Liqası. 1-ci tur
“Marafon" - “Şuşa"
“İmişli” - “Xankəndi”
“Baku Fire” - “Atidel Ordubad"
“Yasamal Bakı” - “Araz-Naxçıvan”
“Rəvan" - “Neftçi"

