Çempionlar Liqasında pley-offun oyunlarına bu gün yekun vurulacaq

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına bu gün yekun vurulacaq.
"Mediasport" xəbər verir ki, ikinci oyun günündə 4 görüş keçiriləcək.
Azərbaycan çempionu "Qarabağ" doğma azarkeşlər önündə "Ferensvaroş"u qəbul edəcək.
Türkiyə təmsilçisi "Fənərbağça" Portuqaliya səfərində "Benfika"nın qonağı olacaq.
Xatırladaq ki, "Kayrat" (Qazaxıstan), "Pafos" (Kipr) və "Budö Qlimt" (Norveç) artıq liqa mərhələsinə vəsiqəni təmin edib.
UEFA Çempionlar Liqası. Pley-off mərhələsi. Cavab oyunları
20:45 "Qarabağ" (Azərbaycan) - "Ferensvaroş" (Macarıstan) İlk oyun 3:1
23:00 "Kopenhagen" (Danimarka) - "Bazel" (İsveçrə) İlk oyun 1:1
23:00 "Benfika" (Portuqaliya) - "Fənərbağça" (Türkiyə) İlk oyun 0:0
23:00 "Brügge" (Belçika) - "Reyncers" (Şotlandiya) İlk oyun 3:1