ÇL-in liqa mərhələsinə vəsiqə qazanan klub sayı 16-ya çatdı

UEFA Çempionlar Liqasında 2025/2026-cı illər mövsümü üçün liqa mərhələsinə vəsiqə qazanan komanda sayı 16-ya çatıb.
"Mediasport" xəbər verir ki, hələlik sonuncu kollektiv "Atalanta" olub.
Berqamo təmsilçisi buna İtaliya A Seriyasının 36-cı turu çərçivəsində "Roma"ya qalib (2:1) gəlməklə nail olub.
Çempionlar Liqasında liqa mərhələsinə vəsiqə qazanan komandalar
İngiltərə - "Liverpul";
İspaniya - "Barselona", "Real" M., "Atletiko" M.;
İtaliya - "Napoli", "İnter", "Atalanta";
Almaniya - "Bayern", "Bayer";
Fransa - PSJ, "Marsel", "Monako";
Niderland - "Ayaks", PSV;
Çexiya - "Slaviya";
Yunanıstan - "Olimpiakos".