Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu məlum oldu

 Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu məlum oldu

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşlərinin ən yaxşı oyunçusu müəyyənləşib.

"Mediasport" xəbər verir ki, "Real"ın hücumçusu Kilian Mbappe həftənin ən yaxşısı seçilib.

Fransalı forvard azarkeşlər arasında keçirilən səsvermədə Vitinya (PSJ), Noah Lanq (PSV) və Orkun Kökcünü ("Benfika") qabaqlayıb.

27 yaşlı forvard "Mançester Siti" ilə cavab duelində het-trik edib - 3:1.