DİN-dən "Qarabağ"la bağlı əməliyyat: 2 nəfər tutuldu - VİDEO
Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi "Qarabağ"ın növbəti Çempionlar Liqası oyununa qanunsuz bilet satışı ilə bağlı əməliyyat keçirib.
"Mediasport" xəbər verir ki, kiberpolis tərəfindən keçirilən əməliyyat-texniki tədbirlərlə dekabrın 10-da Çempionlar Liqasının növbəti mərhələsində Tofiq Bəhramov adına stadionda keçiriləcək “Qarabağ” - "Ayaks” oyununun biletlərinin qeyri-qanuni satışını təşkil edən 2 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.
Xatırladaq ki, aidiyyəti qurumun əməliyyatı ilə iki həftə əvvəl "Çelsi" ilə matçöncəsi də bir neçə nəfər saxlanılmışdı.
