Dadaşov ailə qurmağa hazırlaşır
Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşov ailə qurmağa hazırlaşır.
"Mediasport" xəbər verir ki, 27 yaşlı hücumçu türkiyəli sevgilisi Deniz Dolunaya evlilik təklif edib.
Cütlük hazırda ABŞ-də istirahətdədir.
Xatırladaq ki, Dadaşov Dolunayla 7 ildir münasibətdədir.
Son olaraq Polşanın "Motor" klubunda forma geyinmiş yığmamızın üzvü klubsuzdur.


