"Qəbələ" "Araz-Naxçıvan"ı məğlub etdi, "Şamaxı" "Sumqayıt"a uduzdu
Futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü tura yekun vurulub.
"Mediasport" xəbər verir ki, üçüncü oyun günündə də iki qarşılaşma keçirilib.
Autsayder "Qəbələ" gözlənilmədən medallara iddialı "Araz-Naxçıvan"ı məğlub edib.
Xatırladaq ki, turun əvvəlki görüşlərində "Zirə" "Kəpəz"i (2:0), "Sabah" "İmişli"ni (3:0), "Qarabağ" isə "Karvan-Yevlax"ı (2:0) məğlub edib.
Tovuzda reallaşan "Turan Tovuz" - "Neftçi" duelində qapılara qol vurulmayıb.
Azərbaycan Premyer Liqası. 13-cü tur
“Şamaxı” - “Sumqayıt” 1:2
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Tərlan Talıbzadə, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Şamaxı şəhər stadionu, 14:00
“Qəbələ” - “Araz-Naxçıvan” 2:1
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Namiq Hüseynov, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Kamran Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Namiq Əliyev
Qəbələ şəhər stadionu, 16:30

