Dünya Kubokunda Azərbaycan 6 gimnastla təmsil olunacaq
Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib.
"Mediasport" xəbər verir ki, turnirdə ölkəmizi Rəsul Əhmədzadə, Aydın Əlizadə, Nikita Simonov, Dəniz Əliyeva, Nazənin Teymurova və Xədicə Abbaszadə təmsil edəcəklər.
35 ölkədən idmançıların mübarizə aparacağı yarış martın 5-8-də təşkil olunacaq.
