Azərbaycan gimnastları gümüş medal qazandı - Dünya Oyunları

  Azərbaycan gimnastları gümüş medal qazandı - Dünya Oyunları

Çinin Çendu şəhərində 12-ci Dünya Oyunları davam edir.

"Mediasport" xəbər verir ki, aerobika gimnastikası üzrə Mədinə Mustafayeva və Vladimir Dolmatovdan ibarət qarışıq cütlük 19.750 xalla gümüş medal qazanıb.

Buna qədər karateçi İrina Zaretska, akrobatika üzrə Daniyel Abbasov-Murad Rəfiyev cütlüyü, tamblinq üzrə yarışda Tofiq Əliyev, kikboksinq üzrə Amin Quliyev də ikinci olub.

Dünya Oyunları avqustun 17-dək davam edəcək.