Buxarestdən gümüş medal

Buxarestdən gümüş medal

Rumıniyanın Buxarest şəhərində bədii gimnastika üzrə beynəlxalq yarış keçirilib.

"Mediasport" xəbər verir ki, Azərbaycanı təmsil edən qrup hərəkətləri komandası 2-ci yerin sahibi olub.

Millinin heyətində yer alan Sofiya Məmmədova, Şəms Müvəffəqi, İlahə Bahadırova, Zəhra Cəfərova, İlona Zeynalova, Alina Məmmədova çoxnövçülük üzrə mübarizədə gümüş medal qazanıb.