Federasiya prezidenti, dünya və Avropa çempionu qəfil vəfat etdi

Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov Gürcüstanda vəfat edib.
"Mediasport" xəbər verir ki, qurum rəhbəri 47 yaşında dünyasını dəyişib.
2023-cü ildən federasiyaya rəhbərlik edən üçqat dünya və beşqat Avropa çempionunun nəşinin ölkəyə gətirilməsi istiqamətində iş aparılır.
Daha əvvəl Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədrinin müavini olmuş A.Məmmədov 2022-ci ildən Azərbaycan Karate-Do Federasiyasının, 2021-ci ildən isə Dünya Müasir Döyüş növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti idi.
2014-cü ildə "Azərbaycan Respublikasının Əməkdar İdman Ustası", 2015-ci ildə "Azərbaycan Respublikasının Əməkdar Məşqçisi" fəxri adlarına layiq görülüb.
Allah rəhmət eləsin!