Lənkəranda turnir keçiriləcək

 Lənkəranda turnir keçiriləcək

Lənkəranda Silahlı Qüvvələr Gününə həsr olunmuş karate turniri keçiriləcək.

"Mediasport" xəbər verir ki, turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən idmançılar öz güclərini sınayacaq.

Yarış çərçivəsində müxtəlif yaş və çəki dərəcələri üzrə qarşılaşmalar keçiriləcək.

Yarışın əsas məqsədi gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də karate idman növünün inkişafına dəstək verməkdir.

Tədbirdə idman ictimaiyyətinin nümayəndələri, məşqçilər, veteran idmançılar və qonaqların iştirakı nəzərdə tutulur.

Turnir iyunun 6-da, Lənkəran Olimpiya Kompleksində baş tutacaq.