"Ferensvaroş" "Qarabağ" qarşısına məğlub çıxacaq - VİDEO

 "Ferensvaroş" "Qarabağ" qarşısına məğlub çıxacaq - VİDEO

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi "Ferensvaroş" Ağdam klubu ilə ilk matça məğlub çıxacaq.

"Mediasport" xəbər verir ki, Robbi Kinin baş məşqçiliyini etdiyi Budapeşt təmsilçisi Azərbaycan çempionu ilə görüş öncəsi Macarıstan Yüksək Liqasında 4-cü tur matçında məyus olub.

Paytaxt klubu doğma publika qarşısında "Puşkaş Akademiyası"na uduzub - 1:2.

Liqada 7 xalla 3-cü pillədə qərarlaşmış kollektiv 2 gün sonra "Qarabağ"ı qəbuul edəcək.

Cavab qarşılaşması avqustun 27-də Bakıda keçiriləcək.