"Sumqayıt" fransalını Premyer Liqa klubuna icarəyə göndərdi - RƏSMİ

2025-26 mövsümünə hazırlığı davam etdirən "Sumqayıt" daha bir futbolçunun transferini açıqlayıb.
"Mediasport" xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi müdafiəçi İmani Barkeri heyətinə qatıb.
Fransalı oyunçu ilə 4 illik müqavilə imzalanıb. İmani karyerası ərzində ölkəsinin "Havr" və "Klermon" klublarında oynayıb.
Sumqayıt şəhərinin eyniadlı təmsilçisi Barkeri digər Premyer Liqa klubu "Karvan-Yevlax"a icarəyə göndərib.