Kannavaro "Sabah"ın futbolçusuna son dəqiqədə şans verdi - VİDEO

Kannavaro "Sabah"ın futbolçusuna son dəqiqədə şans verdi - VİDEO

“Sabah”ın futbolçusu Umarali Raxmonaliyev Özbəkistan millisinin heyətində növbəti oyununu keçirib.

"Mediasport" xəbər verir ki, asiyalılar yoldaşlıq görüşü çərçivəsində Rusiya yığması ilə qarşılaşıblar.

Daşkəndin “Paxtakor” stadionunda baş tutan matçda Fabio Kannavaronun komandası 2 top fərqi ilə üstünlük əldə etsə də, yekunda məğlub olub - 2:3.

İtalyan mütəxəssis Masazır klubunun yarımmüdafiəçisinə 89-cu dəqiqədə şans verib.