"Neftçi"nin millidəki kapitanı darmadağında iştirak etdi - FOTO
"Neftçi"nin futbolçusu Sessi D Almeyda Benin milli komandasının heyətində növbəti oyununu keçirib.
"Mediasport" xəbər verir ki, yığmanın kapitanı Afrika Millətlər Kubokunun Mərkəzi Afrika Respublikası komandası ilə 3-cü tur görüşündə meydana çıxıb.
Fil Dişi Sahilinin Abican şəhərində baş tutan qarşılaşma Sessinin komandasının böyükhesablı qələbəsi ilə yekunlaşıb - 4:1.
Bakı klubunun üzvü 84 dəqiqə meydanda olub.
Benin yığması 3 matçdan sonra 7 xalla F qrupuna liderlik edir. Qrupda Burkina Faso və Mavritaniya kollektivləri də yer alırlar.
D Almeydanın komandası noyabrın 16-da Mərkəzi Afrika Respublikası futbolçuları ilə səfərdə üz-üzə gələcək.





