“FİFA Series – 2026”: Azərbaycan millisi Sent Lüsiyaya 6 qol vurdu

“FİFA Series – 2026”: Azərbaycan millisi Sent Lüsiyaya 6 qol vurdu

Futbol üzrə Azərbaycan milli komandası 2026-cı ilin ilk rəsmi oyununu keçirib.

"Mediasport" xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda “FİFA Series – 2026” beynəlxalq turniri çərçivəsində Sumqayıtda Sent Lüsiya yığması ilə qarşılaşıb.

Komandamız rəqib qapısından 6 top keçirib.

Yığmamız martın 31-də eyni stadionda Syerra Leone futbolçuları ilə üz-üzə gələcək.


“FİFA Series – 2026” beynəlxalq turniri


Azərbaycan – Sent Lüsiya 6:1

Baş hakim: Giorgi Kruaşvili

Baş hakimin köməkçiləri: Levan Varamişvili, Giorgi Elikaşvili

Dördüncü hakim: Koba Revazaşvili

(Hakimlər briqadası Gürcüstandandır)

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu