Nəriman Axundzadə ehtiyatda qaldı, komandası evdə uduzdu

 Nəriman Axundzadə ehtiyatda qaldı, komandası evdə uduzdu

ABŞ-nin yüksək futbol liqası MLS-də 4-cü turun oyunları keçirilir.

"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadənin yeni qoşulduğu "Kolumbus Kryu" doğma meydanda "Neşvill"lə qarşılaşıb.

Görüş qonaqların qələbəsilə yekunlaşıb - 1:0.

Adı sifariş ərizəsinə daxil edən Nəriman ehtiyatda qalıb.

4 turdan sonra 2 xalı olan Kolumbus təmsilçis turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.