"Ayxan müəllim matçdan öncə bizə çox motivasiya vermişdi"

"Ayxan müəllim matçdan öncə bizə çox motivasiya vermişdi"

"İlk növbədə azarkeşlərimizi təbrik edirəm. İslandiya səfərindən çox yorğun gəlmişdik. Orada ağır məğlubiyyət yaşamışdıq. Lakin psixoloji cəhətdən özümüzə gəlməliydik".

"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Elvin Cəfərquliyev deyib.

O, DÇ-2026-nın seçmə qrup mərhələsinin 2-ci turunun Ukrayna ilə oyunundan sonra (1:1) fikirlərini bölüşüb:

"Ayxan müəllim bizə həm psixoloji, həm də təktiki cəhətdən çox kömək oldu. Mən onun rəhbərliyi altında oynamışdım. Bu mənada matça köklənmək mənə görə daha asan idi. Rəqibi analiz etmişdik. Güclü tərəflərini bilirdik".

Elvin İslandiya ilə oyunda qeydə alınan böyükhesablı məğlubiyyətdən də söz açıb:

"Şükürlər olsun ki, azarkeşlərimizin önündə məğlub olmadıq. Bu heç-heçəyə layiq idik. Ağır məğlubiyyət, məşqçi dəyişikliyi...Futbolçularla bir yerə toplaşdıq və danışdıq. Ayxan müəllim matçdan öncə bizə çox motivasiya vermişdi".