Millimizin üzvü Superliqada növbəti qələbəni səfərdə qazandı

Millimizin üzvü Superliqada növbəti qələbəni səfərdə qazandı

Azərbaycan millisinin futbolçusu Zamiq Əliyev Albaniya Superliqasında növbəti matçına çıxıb.

"Mediasport" xəbər verir ki, müdafiəçinin heyətində çıxış etdiyi "Eqnatia" 3-cü tur çərçivəsində səfərdə "Biliş"lə üz-üzə gəlib.

Zamiqin 87-ci dəqiqədə meydana daxil olduğu görüş komandasının minimal hesablı qələbəsilə başa çatıb - 1:0.

Futbolçumuz son saniyələrdə sarı vərəqə ilə yadda qalıb.

"Eqnatia" 4 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb və lider "Vlajniya"dan 2 xal geri qalır.