Azərbaycan millisinin heyəti açıqlandı: Yeni futbolçular var
DÇ-2026-nın seçmə qrup mərhələsi çərçivəsində noyabrın 13-də İslandiya, 16-da isə Fransa millisini qəbul edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.
"Mediasport" xəbər verir ki, Ayxan Abbasov noyabrın 10-dan 17-dək Bakıda təlim-məşq toplanışı keçəcək komandaya 26 futbolçu cəlb edib.
Düşərgəyə cəlb olunanlardan 4-ü qapıçıdır. "Qəbələ"nin üzvü Səlahət Ağayev uzunmüddətli fasilədən sonra yenidən yığmaya çağırılıb.
Xorvatiyada "Varajdin" klubunda oynayan Rüfət Abdullazadə, "Şamaxı"dan Rüfət Abbasov və "Sabah"dan Xəyal Əliyev isə ilk dəfə milliyə dəvət alıb.
Xatırladaq ki, futbolçularımız islandlarla 8-ci km qəsəbə stadionunda, fransalılarla isə Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq.
|
1 |
Şahrudin Məhəmmədəliyev |
Qarabağ |
|
2 |
Aydın Bayramov |
Zirə |
|
3 |
Rza Cəfərov |
Neftçi |
|
4 |
Səlahət Ağayev |
Qəbələ |
|
5 |
Anton Krivotsyuk |
Daejon Hana (Cənubi Koreya) |
|
6 |
Bəhlul Mustafazadə |
Qarabağ |
|
7 |
Elvin Bədəlov |
Neftçi |
|
8 |
Bədavi Hüseynov |
Qarabağ |
|
9 |
Rəhman Daşdəmirov |
Sabah |
|
10 |
Abbas Hüseynov |
Qarabağ |
|
11 |
Cəlal Hüseynov |
Arda (Bolqarıstan) |
|
12 |
Qismət Alıyev |
Zirə |
|
13 |
Rüfət Abbasov |
Şamaxı |
|
14 |
Elvin Cəfərquliyev |
Qarabağ |
|
15 |
Emin Mahmudov |
Neftçi |
|
16 |
Mustafa Əhmədzadə |
Araz-Naxçıvan |
|
17 |
Səbuhi Abdullazadə |
Sumqayıt |
|
18 |
Abdulla Xaybullayev |
Sabah |
|
19 |
Xəyal Əliyev |
Sabah |
|
20 |
Toral Bayramov |
Qarabağ |
|
21 |
Ceyhun Nuriyev |
Zirə |
|
22 |
Rüstəm Əhmədzadə |
Sumqayıt |
|
23 |
Anatoli Nuriyev |
Sabah |
|
24 |
Rüfət Abdullazadə |
Varazdin (Xorvatiya) |
|
25 |
Renat Dadaşov |
Motor (Polşa) |
|
26 |
Nəriman Axundzadə |
Qarabağ |
