Heyətə düşə bilməyən "Qarabağ"lı narazıdır: "Keçən il oynamadım"

Heyətə düşə bilməyən "Qarabağ"lı narazıdır: "Keçən il oynamadım"

"Meydanda daha çox olmaq, daha çox oynamaq istəyirəm. Keçən il demək olar ki, oynamadım. Bir-iki oyun oldu, amma çox deyil".

Bu sözləri "Mediasport"a açıqlamasında "Qarabağ"ın qapıçısı Fabian Buntiç deyib.

Ağdam klubunda əsas heyətə düşməkdə çətinlik çəkən xorvatiyalı qolkiper bunun üçün bacardığını etdiyini bildirib:

"Burada özümü xoşbəxt hiss edirəm. "Qarabağ"ın uğurları üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Ancaq əlbəttə, hər zaman oynamaq istəyirsən".

Komandaya 2024-cü ilin yayında qoşulmuş Buntiç mövsümün sonunda düşərgəni tərk etməyə hazırlaşmadığını qeyd edib:

"Açığı, bilmirəm, vəziyyətə baxacağıq. Mən bunu düşünmürəm, lakin daha çox oynamaq şansı arzulayıram. Mövsümün sonuna hələ çox var. Hazırda diqqətim komandama yönəltmişəm. Daha çox oynamaq üçün çalışıram".

Xatırladaq ki, Buntiçin "atlılar"la müqaviləsi 2027-ci ilin iyuluna qədərdir.