"Neftçi"nin açıq məşqi olacaq
“Neftçi”nin yeni mövsüm öncəsi açıq məşqi təşkil olunacaq.
"Mediasport" xəbər verir ki, məşq iyulun 18-i, saat 18:00-da “Palms Sports Arena”da başlanacaq.
Komandanın hazırlığını canlı izləmək üçün arenaya “Forza Neftçi” azad azarkeş qrupu ilə yanaşı, bütün azarkeşlərin girişi sərbəst olacaq.
Saat 16:00-dan etibarən “Palms Sports Arena”da yerləşən rəsmi mağaza da qapılarını qonaqlar üçün açacaq.
Azarkeşlərin ən geci saat 17:30-da stadionda olması tövsiyə edilir.
Açıq məşqə KİV nümayəndələri də dəvətlidir.
Onlar üçün məşqdən əvvəl “Neftçi” PFK-nın baş icraçı direktoru Cenk Sümer və baş məşqçi Yuri Vernidubun iştirakı ilə brifinq təşkil ediləcək.


