Azərbaycan milli komandası 1-ci Liqa klubunu məğlub etdi
Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.
"Mediasport" xəbər verir ki, U-21 millimiz I Liqa təmsilçisi “Səbail”lə qarşılaşıb.
“Dalğa Arena”nın məşq meydançasında baş tutan görüş Rəşad Eyubovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandamızın heyətində qolu 82-ci dəqiqədə Murad Ələkbərov vurub.
Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində ikinci yoxlama oyununu yanvarın 17-də Misli Premyer Liqasında çıxış edən “Şamaxı” klubuna qarşı keçirəcək.
