"Uduzsaq da, yaradılan qol vəziyyətlərində rəqibi üstələyirdik"

"Uduzsaq da, yaradılan qol vəziyyətlərində rəqibi üstələyirdik"

"Məğlub olmağımıza baxmayaraq, komandamız ikinci matçı daha yaxşı keçirdi. Heyətdə rotasiyalar etmişdik, yeni oyunçulara şans verdik".

"Mediasport" xəbər verir ki, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Elxan Abdullayev deyib.

Mütəxəssis yığmanın Özbəkistan toplanışını dəyərləndirib:

“Güclü rəqibə qarşı iki oyun keçirdik. Birinci görüşdə dominantlıq rəqibdə idi. Fərdi ustalıqda bizi qabaqlayırdılar.

Buna baxmayaraq, futbolçularımız xarakter göstərdilər, sona qədər döyüşdülər və nəticədə 0:0 hesablı heç-heçə etdik.

Bu gün erkən qolla hesabı açdıq. Lakin Özbəkistan yığmasının daha keyfiyyətli oyunçulara sahib olması yekunda həlledici rol oynadı.

Uduzsaq da, yaradılan qol vəziyyətlərində rəqibi üstələyirdik. Ümumilikdə toplanışdan razı qaldım. Təbii ki, çatışmazlıqlarımız var, bunların üzərində çalışacağıq”.

Qeyd edək ki, bugünkü görüşdə Özbəkistan millisinə 1:3 hesabı ilə uduzan komandamız oktyabrın 9-da eyni rəqiblə bərabərə (0:0) qalmışdı.