"Neftçi" Sloveniya toplanışına start verdi - FOTOLAR
"Neftçi" yeni mövsümə hazırlığın ikinci mərhələsinə start verib.
"Mediasport" xəbər verir ki, iyunun 29-da Sloveniyaya yollanan "ağ-qaralar" bu gün Moravske Toplitse şəhərində səhər məşqinə çıxıb.
Təlim-məşq toplanışı axşam məşqi ilə davam edəcək.
Baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında iki dəfə hazırlıq keçəcək paytaxt təmsilçisi iyulun 2-də "Partizan"la (Serbiya) yoxlama oyununa çıxacaq.
"Hotel Livada Prestige"də məskunlaşan "Neftçi"nin Sloveniya toplanışı iyulun 14-dək davam edəcək.





