4 futbolçunu yola salıb "Qəbələ"nin yetirməsini gətirdilər - FOTOLAR

4 futbolçunu yola salıb "Qəbələ"nin yetirməsini gətirdilər - FOTOLAR

2-ci liqada yarışan "Şəmkir" heyəini yeni futbolçu ilə gücləndirib.

"Mediasport" xəbər verir ki, qərb təmsilçisi İman Müseyibovu transfer edib.

Yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Müseyibov son olaraq çempionatın digər təmsilçisi "Şirvan"da forma geyinib.

"Şəmkir"in digər transferi isə "Quba"dan Ağabəkir Həşimli olub.

"Qəbələ"nin yetirməsi olan 20 yaşlı hücumçu ilə də anlaşma mövsümün sonunadək nəzərdə tutulub.

Qərblilər Nemət Şixamirov, Təbriz İsazadə, Turqut Mustafazadə və Qəşəm Məmmədovla yolları ayırıblar.